Türkiyədə yoluxanlarla bağlı son statistika

Türkiyədə yoluxanlarla bağlı son statistika
307 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 354 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 54 791 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 65 593 nəfər sağalıb, ağır xəstə sayı isə 3 463 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 4 501 382 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 909 935 nəfər sağalıb, 37 329 nəfər isə ölüb.