"Rəsmi nikah olmadan uşaq dünyaya gətirərəm"

"Rəsmi nikah olmadan uşaq dünyaya gətirərəm"
3020 dəfə oxunub
  • A-
  • A
  • A+
"Çalışıram şəxsi həyatımı gizlədim. Amma qurdalayıb ortaya çıxarırlar. Hazırda sevgilim yoxdur. Belə yaxşıdır. Sevgidən başım çox ağrıyıb. Ağrımaqda davam edib".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "10-da görüşək" proqramında deyib. Sənətçi aparıcı Samir Bayramlının "İndiyə qədər? Sən bitirsəndə münasibəti, qarşı tərəf səndən ayrıla bilmir? Ailə qurmaq istəyir" sualına "Bitmir, bitirə bilmirlər. Məndən ayrıla bilmir. O söhbətlərdən sonra ailə qurmaq olar?" cavabını verib.

Pərvin qyeri rəsmi nikahdan uşaq dünyaya gətirə biləcəyini söyləyib:

"Sevdiyim insan razıdırsa və evli deyilsə nikahsız uşaq dünyaya uşaq gətirərəm. Məndən sonra da evlənə bilməz. İstəyər mənimlə ailə qursun, istəyir qurmasın. Amma başqası ilə olmaz. Şəxsi həyatımıdr, istəyərəm uşaq dünyaya gətirərəm, istəyərəm yox".

Qeyd edək ki, P.Abıyeva keçmiş polis leytenantı Murad Abdullayevlə olan münasibəti ilə gündəmə gəlmişdi.