"Survivor"dan uzaqlaşdırıldı - Foto

"Survivor"dan uzaqlaşdırıldı - Foto
3447 dəfə oxunub
  • A-
  • A
  • A+
Reytinqli layihələrdən olan "Survivor 2021" yarışmasından daha bir iştirakçı ayrılıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, “Məşhurlar” və “Könüllülər komandasını bir yerə toplayan layihə rəhbəri Acun İlıcalı adadan gedəcək iştirakçının adını açıqlayıb. O, səhhəti ilə bağlı yaranan problemə görə “Məşhurlar” komandasının üzvü Çağrı Atakanın yarışmadan uzaqlaşdırıldığını bildirib:

“Survivor”da iştirakçıların səhhəti ilə bağlı yaranan problemlərlə tez-tez qarşılaşırıq. Bu da öz növbəsində yarışlarda aktiv iştiraka mane olur. Çox yaxşı yarışan iştirakçılarımızı bu səbəbdən itirdik. Semih, Nagihan, Turabi və başqaları... Həkimlərin sözlərinə görə, Çağrı yarışdakı iştirakına davam edərsə, səhhətindəki problem qalıcı ola bilər. Buna görə də, o, layihəni tərk etməlidir”.