Eltondan özünə qadağa: "Danışanda problem olur"

Eltondan özünə qadağa: "Danışanda problem olur"
815 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ölümü tez-tez düşünməyə başlayıram. Bu dünyada elə yaşa ki, elə bil ölməyəcəksən. Sonluq üçün elə yaşa ki, sanki bu dəqiqə öləcəksən".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi verilişlərdən qaçmasının səbəbini açıqlayıb:

"Sənətdən geri çəkildim. Amma istəyənlərimin haqqına girdim, onlar mənə qulaq asmaq istəyir. Hər verilişə getmirəm. Özümü orada görmürəm. Mən efirdə danışanda problem olur, gərək oxuyum. Ona görə də elə proqramlara qatılıram ki, ancaq oxuyum".

Elton bəzi ifaçılara söz ataraq "Bəziləri oxumağa gedirlər, hələ çatmayıblar. Oxuya bilmirlər. Yoldadırlar" ifadələri ilə onları tənqid edib.