Arvadı sayəsində 185 kiloqram arıqlayıb

Arvadı sayəsində 185 kiloqram arıqlayıb
1921 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli repçi Yener Çelik bir zamanlar əziyyət çəkdiyi və səhhətində ciddi problemlər yaşadığı çəkisi ilə bağlı açıqlama verib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, aparıcı Armağan Çağlayanın “Youtube” verilişinə qonaq olan sənətçi 185 kiloqram arıqladığını bildirib:

"Çəkim 300 kiloqrama yaxın idi. Arvadım sayəsində 1 il 6 ay ərzində 185 kiloqram arıqladım. Həmin vaxtlar 8 XL ölçülü paltarlar geyinirdim. Hazırda isə ölçüsü 3 XL olan geyimlərdən istifadə edirəm.  Həyat yoldaşım mənə çox dəstək oldu. Həyatımı qurtardı. Hədsiz çəkim olduğu zamanlar özümü iradəsiz və zəif hiss edirdim. Hazırda çəkim 127 kiloqramdır. Daha 30 kiloqram da arıqlayacam”.