Oğlu Ağadadaş Ağayevin səhhətindən danışdı

Oğlu Ağadadaş Ağayevin səhhətindən danışdı
3369 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Türkiyədə əməliyyat olunub.

Müğənninin oğlu Səbuhi Ağayev Axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb.

"Atam yaxşıdır. Bir neçə gün əvvəl əməliyyat olundu. Hələ Türkiyədədir. Bu haqda çox açıqlama vermək istəmirik" deyə, o, bildirib.

Qeyd edək ki, A.Ağayev  xərçəngdən əziyyət çəkir. Müğənni Türkiyədə xəstəxanaya yerləşdirilib.