Anar Kərimov koronavirusdan sağaldı

Anar Kərimov koronavirusdan sağaldı
689 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Anar Kərimov koronavirusdan (COVID-19) sağalıb.

Bu barədə Axşam.az-a Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib. O bildirib ki, A.Kərimovun bu həftə karantin müddəti başa çatıb:

“Nazirin səhhəti yaxşıdır və COVID-19 infeksiyası üçün götürülən son analiz nümunələrinin nəticəsi də neqativdir”.

M.Qafarzadə mədəniyyət nazirinin bu həftədən etibarən işə çıxdığını vurğulayıb.