İsraildə başqa qadından oğlu olduğunu etiraf etdi

İsraildə başqa qadından oğlu olduğunu etiraf etdi
3155 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əli Mirəliyev şəxsi həyatı ilə bağlı etiraf edib.

Axşam.az xəbər verir ki, sənətçi "Onun sirri" verilişində İsraildə yaşayan evli qadından oğlu olduğunu söyləyib. O bildirib ki, uşağı bircə dəfə görüb:

"Bakıda idilər, hava limanında uşaqla anasını İsrailə yola salırdım. 1992-ci il idi, ailəliydim. Oturub qəhvə içirik, uşaq oynayırdı. Baxdı, dedi ki, sənin oğlundur. Uşaq bir dəqiqə dayanmır, qaynıyırdı. Elə bil mənim uşaqlığım idi. Dedi ki, qorxma, dedim bil ki, yadigarın məndədir. Evli idi, iki oğlu, bir qızı var idi.

Yalandan deməyim, oğlumu görmək istəyirəm. Adam əziyyət çəkəndə istəyər. Ona həyat vermişəm, əziyyətini anası çəkib. Qadın mənim fanatım idi, çox şirin qadın idi. Əri ilə Bakıda işləyirdilər. Sonra ərini öldürmüşdülər".