Acun trans gözəlin qatıldığı verilişi bağladı

Acun trans gözəlin qatıldığı verilişi bağladı
7510 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ilk trans gözəli seçilən aktrisa Çağla Akalının qonaq olduğu veriliş "RTÜK" tərəfindən cəzalandırılıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Acun Ilıcalıya aid olan "Exxen" platformasında yayımlanan "Katarsis" proqramı bu dəfə Çağlanı qonaq edib. Bu isə onlara baha başa gəlib.

Martda efirə gedən proqramda Akalının uşaqlıq, gənclik illərindən və yaşadığı travmalardan bəhs edilib. Verilişdə diqqət çəkən məqam yaşanmış, bilinməyən bir səbəbdən görüntülər platformadan silinib.

"Oda tv"dən Selen Öktemə danışan Akalın "Veriliş əyləncəli keçdi. 12 martda "Exxen"də yayımlandı. Son iki gündə izləyicilərdən gələn mesajlarla proqramın silindiyini öyrəndim. Aparıcı Gökhan Çıraya vəziyyəti soruşanda özünün də təəccübləndiyini dedi. Mənim olduğum verilişə "RTÜK" tərəfindən pul cəzası kəsilib.

Əgər mənim keçmişdə yaşadığım acı günlər cəzalandırılıbsa, nə deyim. Yaşadığım həyat insanları yoldan çıxarmaz. Yaşadıqlarım insanlara ibrət olacaq hallardır".