"Tətilə 30 gün qalmış məktəbləri açmağı kim düşünüb?"

"Tətilə 30 gün qalmış məktəbləri açmağı kim düşünüb?"
4165 dəfə oxunub
  • A-
  • A
  • A+
"Çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış "Formula"ya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı?".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi məktəblərin açılmasından gileylənib:

"Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, səhər saatlarla və dərsdən qayıdanda tıxacda... Ağızlarında səhərdən 8 saat maskayla bu uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir?
Adi insanları düşünən var? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin?
2020-nin martından əziyyət çəkirik də onsuz da".