Kələxana türbələri dövlət mühafizəsinə götürüldü

Kələxana türbələri dövlət mühafizəsinə götürüldü
517 dəfə oxunub
  • A-
  • A
  • A+

Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli “Türbələr kompleksi” (8 ədəd) yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, türbələr XVII əsrdə inşa olunub: “Dövlət Xidmətinin abidə mühafizəçiləri tarixi abidələrin təmiz saxlanılması üçün müvafiq tədbirləri görürlər. “Türbələr kompleksi” bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına salınıb”.