Meyvə və tərəvəzlə gözəlləşin

Meyvə və tərəvəzlə gözəlləşin
1119 dəfə oxunub
  • A-
  • A
  • A+

Üz dərisinin təravətli olması hər bir xanımın arzusudur. Yay mövsümündə meyvə və tərəvəzlərin bol olması sizin baxım işinizi daha da asanlaşdıra bilər.

Axşam.az xarici mətbuata istinadən tərəvəz və meyvələrdən hazırlanan maskalar təqdim edir. Bu meyvələri əzib, üzə maska edin, təravətli və gənc dəriyə sahib olun.

Qaysı gündən yanmış dərini sakitləşdirir.

Badımcan və kabaçok quru və problemli dərini nəmləndirir.

Banan nəmləndirir və mimiki qırışları azaldır.

Qarağat dərin məsamələri bağlayır, dərini sağaldır.

Şaftalı quruyub, dartılan dərini nəmləndirir.

Üzüm nəmləndirir və sağaldır.

Limon irinli civzələri qurudub, yağlı dərini hamarlaşdırır, məsamələri bağlayır.

Gilas dəri problemlərini sağaldır.