Bu tarixədək həftəsonları ictimai nəqliyyat işləməyəcək

Bu tarixədək həftəsonları ictimai nəqliyyat işləməyəcək
2815 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 28-dək həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Axşam.az-ın məlumatına görə, bu, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda əksini tapıb.

Qərara əsasən, 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.