Məşhur ulduz Ceyson Momoa yeni münasibətə başlayıb.
Axşam.az xəbər verir ki, aktyor aktrisa Adria Arjona ilə sevgilidir. Ceyson sosial media hesabında birgə şəkillərini paylaşaraq münasibətlərini açıqlayıb.
Qeyd edək ki, Ceyson aktrisa Liza Bone ilə evlidir. 2005-ci ildən münasibətdə olan ikili 2017-ci ildə ailə həyatı qurub. Onların biri oğlan, digəri qız olmaqla 2 övladı var. Liza və Ceyson 2022-c ilin yanvarında ayrıldıqlarını açıqlamışdılar. Onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər. Ceyson Adriana qədər meksikalı aktrisa Eiza Qonzaleslə də eşq yaşayıb.
Adria da əvvəllər vəkil Edqardo Kanaleslə ailəli olub.
