Aparıcı Rövşanə Ağasəfqızı Özbəkistana yollanıb.
Axşam.az xəbər verir ki, o, gəzinti fotolarını instaqram izləyiciləri ilə bölüşüb.
Səmərqənddə olan aparıcı paylaşımlarına "Tarixin bir parçasındasan... 15-ci əsrin tən ortasında, daş-divar, hava, torpaq tarixin vərəqləri... Oxumaqla deyilmiş yalnız, həm də toxunmaqla keçmişə dönmək olurmuş. Hər daşa toxunuş, bir insan ruhu duyma hissi yaşatdı mənə sanki. Burada daşlar da canlıdır. Çalışın həyatınızda bir dəfə də olsa, Səmərqəndə gəlin. Tarixin düz ortasına düşəcəksiniz" sözlərini yazıb.