İmmunitetinizi bunlarla güclü saxlayın

İmmunitetinizi bunlarla güclü saxlayın
914 dəfə oxunub
  • A-
  • A
  • A+

Son iki ilin ən çox yayılan və qorxulan xəstəliyi koronavirus hələ də sürətlə yayılır. Bundan qorunmaq üçün ilk növbədə immuniteti yüksək saxlamaq mütləqdir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, immuniteti qorumaq üçün vitaminlərdən çox istifadə etmək lazımdır.

İmmuniteti gücləndirmək üçün tərkibində A cə C vitamini olan kök,brokolli, balqabaq, göyərtilər, lobya yeyilməlidir. Mövsümə uyğun meyvələr gündəlik qida rasionunda yer almalıdır.

E vitamini soyuqdəymə zamanı bədənin müqavimətini artırır. Quru meyvələrin, çərəzlərin tərkibində E vitamini bol olur.

Sümük və diş sağlamlığı üçün önəmli olan D vitamini günəş şüasından alınır. Digər tərəfdən balıq yeməlisiniz. Şəkərli qidaların yerinə kəpəkli çörək və şirniyyat yeyin.