Bu mallar onlayn satılacaq

Bu mallar onlayn satılacaq
1817 dəfə oxunub
  • A-
  • A
  • A+

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı zamanı onlayn satışlara üstünlük verilməlidir.

Axşam.az xəbər verir ki, bu barədə “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.

Sənədə əsasən, kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir.

Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.

Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələrlə təmin olunmalıdır.

Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır.

Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir.

İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.