Restoran icarədarı 4 min manat cərimələndi - Video

Restoran icarədarı 4 min manat cərimələndi - Video
1355 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Axşam.az xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən restoranda toy məclisinin keçirilməsi ilə bağlı görüntülər yayılmışdı.