"Seda mənim canımdır, bacımdır" - Ərbil üzr istədi

"Seda mənim canımdır, bacımdır" - Ərbil üzr istədi
2413 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli şoumen Mehmet Əli Ərbil "keçmişi kirlidir" dediyi müğənni Seda Sayandan üzr istəyib.

Axşam.az xəbər verir ki, o, İnstaqram səhifəsinin hekayə bölməsində paylaşım edərək bunları yazıb:

"Seda mənim canımdır, bacımdır. Oğlu oğlumdur, o da mənim uşaqlarımı özününkündən ayırmaz. Mən dərmanların təsiri ilə səhv etmişəm. Üzr istəyirəm. Sedadan da, oğlu Oğulcandan da. Aramıza heç kim girə bilməz, girməsin də".

Qeyd edək ki, Ərbil ötən gün İnstaqram səhifəsində Seda haqda "Keçmişi daha təmiz olsaydı, iftar verilişi də aparardı. Halal olsun, televiziyalar reytinq qazana bilməyən bu qadını hələ də işlədirlər" sözlərini yazmışdı.