Türkiyədə yoluxma sayı artdı

Türkiyədə yoluxma sayı artdı
550 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 71 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 221 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 4 632 nəfər sağalıb, ağır xəstə sayı isə 881 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 348 249 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 215 654 nəfər sağalıb, 48 950 nəfər isə ölüb.