Gündə 2 dəfə cəfəri çayı için

Gündə 2 dəfə cəfəri çayı için
1603 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaş artdıqca üzdə müxtəlif sallanmalar, yorğunluq, əyrilik görünür. 20 yaşınızdakı kimi parıltılı, təravətli dərinizin olmamasından gileylənirsiniz. Bunun üçün kosmetoloqlara gedib, müxtəlif proseduralar etdirənlər az deyil. Amma vaxtı və imkanı olmadığı üçün evdə oturub əlinin altında olanlardan istifadə edərək, gənc qalmağa çalışanlar da var.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, orqanizm üçün faydalı olan bir çox tərəvəzlər mövcuddur. Onlardan biri də cəfəridir.

Üzdəki ləkəni aparacaq - Cəfərini dəmləyib, çay əvəvzi için. Ləkələrin yaranmasına bəzən qaraciyərin yaxşı işləməməsi səbəb olur. Cəfəri isə böyrək və qaraciyəri təmizləyir.

Cəfərinin tərkibində bol A və C vitamini var. Güclü antioksidantdır. Bir çox dəri müalicəsində istifadə olunur. C vitamini dərini sağaltmaqla qalmır, ləkə və yara izlərini də təmizləyir. Kollageni artırır.

Hər mövsüm bazarda tapa biləcəyiniz cəfəri daha çox qadınlara xeyirlidir. Bir ovuc cəfəri orqanizmi günlük C vitamini ilə təmin edir. Tərkibində eyni zamanda kalsium, kükürt, maqnezium və A və K vitamini də var.

30 gün ərzində gündə iki dəfə səhər və axşam yeməyindən əvvəl cəfəri çayı içərək orqanizminizi saölam saxlaya bilərsiniz.