Oturaq həyat tərzi ölümü tezləşdirir

Oturaq həyat tərzi ölümü tezləşdirir
972 dəfə oxunub
  • A-
  • A
  • A+

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dünya Ürək Federasiyası tərəfindən aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.

Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, insan gün ərzində çox gəzməli, hədsiz oturaq həyat keçirməkdən qaçmalıdır.

Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir. Alimlər siqaret çəkənlərə də öz tövsiyələrini veriblər. Siqaret çəkən hər iki şəxsdən biri bu səbəbdən dünyasını dəyişir.