Sürətli və sağlam arıqlamaq üçün bunları edin!

Sürətli və sağlam arıqlamaq üçün bunları edin!
1491 dəfə oxunub
  • A-
  • A
  • A+

Pəhriz, balanslı və sağlam qidalanma deməkdir. Qatı və davamlı olmayan qidalanma proqramlarının pəhrizlə heç bir əlaqəsi yoxdur. Bu cür qidalanma insan sağlamlığını təhlükəyə atmaqla yanaşı motivasiyanın itməsinə və hədəflərə çatmamağa səbəb olur.

Axşam.az sürətli və sağlam qidalanmaq üçün nələrə diqqət etməli olduğunuzu sizə təqdim edir.

Müvəqqəti hədəflərdən uzaq durun!

İlk olaraq məqsədinizi dəqiq müəyyənləşdirin. Hədəfinizi təyin edərkən əsas səbəbə diqqət yetirməlisiniz. 1 ay sonra planlaşdırdığınız tətildə incə görünmək və ya 2 aydan sonra iştirak edəcəyiniz toyda istədiyiniz paltarı geyinə bilmək kimi keçici hədəflərdən qaçın. Bütün bunları etmək üçün qarşınıza qoyduğunuz hədəflərin başında duran əsas problemdən qurtulmağa köklənin.

Səbirli olun!

Hədəfinizi təyin etdikdən sonra pəhriz prosesinə keçin. Bu addımda realist və səbirli olmaq çox vacibdir. Bir həftədə 5 kiloqram arıqlamaq kimi real olmayan yanaşmalardan uzaq durun. Qadağalarla dolu pəhriz proqramına anidən keçid etməyin. Proqramı diyetoloqunuzla birlikdə qərarlaşdırın.

Düzgün qidalar alın!

Alış-verişinizin təşkili sizə bu müddətdə faydalı ola bilər. Evə yüksək kalorili və işlənmiş qidalar almamaqla başlayın. Çünki evdə bu cür qidaların olduğunu bilsəniz, yemək istəyəcəksiniz. Bu səbəbdən evdə daha sağlam və yüngül qəlyanaltılar saxlayın. Bunu özünüz hazırlaya və ya alış-veriş edərkən bu məhsulları seçə bilərsiniz. Etiketlərə baxaraq məhsulların qida dəyərlərini və enerji tərkibini asanlıqla görə bilərsiniz. Etiketlərlə alış-veriş etmək vərdişini qazanmaq pəhriz prosesində sizə kömək edəcək.

Qidalanmağınıza diqqət edin!

Qidalanma gündəliyi yarada bilərsiniz. Nə yediyinizi qeyd etmək sizi daha nəzarətli yeməyə sövq edəcək. Bu da səhvlərinizi görməyinizə kömək olacaq.

Çəkinizi hər gün yoxlamayın!

Hər gün çəkinizi yoxlamaq demotivasiyaedici hərəkət ola bilər. Kilonuzu sabit təyin etdiyiniz həftənin bir günündə eyni tərəzidə, geyimdə, toxluq səviyyəsində çəkməyiniz tövsiyə olunur.

Rəngli qidalanın!

Pəhrizinizi bacardığınız qədər şaxələndirməyə və rəngləndirməyə çalışın. Dəfələrlə eyni qidalarla qəti bir pəhriz motivasiyanıza zərər verə bilər. Pəhrizin 5 rəngindən faydalanın. Hər gün bu rənglərin hər birindən yeməyə çalışın.

Hərəkət edin!

Fiziki fəaliyyətlə məşğul olmağa çalışın. Sevdiyiniz, həzz aldığınız və davam etdirə biləcəyiniz bir fəaliyyət seçin. Mütəmadi fiziki fəaliyyət pəhriz motivasiyanızı müsbət təsir edəcəkdir.

Peşəkarlardan kömək alın!

Mütəxəssislərdən kömək istəməkdən çəkinməyin. Diyetoloq, psixoloq və idman məşqçisi ilə çalışın. Mütəxəssislər motivasiyanızı artıracaq və hədəfinizə çatmağınıza kömək edəcəkdir.