Çiyələkli yay salatı

Çiyələkli yay salatı
673 dəfə oxunub
  • A-
  • A
  • A+

İsti havalarda həm doyurucu, həm də yüngül yemək axtarırsınızsa, bu salatı mütləq hazırlayın. Bol vitaminlərlə zəngin olan çiyələkli yay salatı həzm prosesini asanlaşdırır. Dieta saxlayan şəxslər də bu salatı menyularına əlavə edə bilərlər.

Axşam.az resepti təqdim edir.

1 dəstə aruqula (roka)

1 dəstə nanə

2 kiçik ölçülü xiyar

5-6 çiyələk

1 ovuc qoz

4 xörək qaşığı zeytun yağı

mozzarella pendiri

Hazırlama qaydası

Əvvəlcə xiyar və çiyələkləri dilimləyib bir qaba qoyun. İçinə roka və nanəni çox doğramadan əlavə edin. Ayrı bir qabda duz, limon və zeytun yağını qarışdırıb salatın üzərinə tökün. Sonda üstünə mozzarella pendiri və qoz səpin.