Sinuzit xəstəliyi ilə necə mübarizə aparmaq olar?

Sinuzit xəstəliyi ilə necə mübarizə aparmaq olar?
1071 dəfə oxunub
  • A-
  • A
  • A+

Qaymorit kimi tanınan sinuzit xəstəliyi il ötdükcə daha çox yayılmağa başlayır. Xəstəlik baş və üz sümüklərindəki ağrılarla özünü büruzə verir. üz sümüklərindəki boşluğa iltihablar yerləşərək bu xəstəliyi yaradır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sinuzit daha çox qışda, havalar soyuyanda özünü göstərir. Soyuqlamadan və allergiyadan sonra bu problem orqanizmdə meydana gəlir.

Sinuzitin göstəriciləri nələrdir?

Quru öskürək, burundan sarı və yaşımtıl çirkin axması, bəzilərində baş ağrısı, gözlərdə ağırlıq hissi, qoxu bilməkdə çətinlik çəkmək, ürəkbulanma, hərarət, üz ağrısı sinuzit xəstəliyinin göstəriciləridir.

Xəstəliyin müalicəsi həkim nəzarətində aparılmalıdır. Həkim onun yaranma səbəbini araşdırmalıdır. Ondan sonra müalicə üsulu təyin edilməlidir.

Xəstəlik zamanı bunlara diqqət edilməlidir:

Çox su için, burun dəliklərinin açılması üçün tez-tez duş qəbul edin. Soyuq su ilə saçınızı yumayın. Küləkli havada küçədə gəzməyin. Nəmli yerdə oturmayın. Toz və dumanlı yerdə dayanmayın. Siqaretdən uzaq olun.

Sinuzit xəstələri boranı, bibərlər, sarımsaq, soğan, zəncəfil, limon, bal, zeytunyağı yeməlidir. Çox su içmək, alma sirkəsindən istifadə etmək məsləhətdir.