Uşaqlarda boy artımını sürətləndirən qidalar

Uşaqlarda boy artımını sürətləndirən qidalar
4973 dəfə oxunub
  • A-
  • A
  • A+

Sümüklərin böyüməsi qidalardakı vitaminlər və minerallar sayəsində mümkündür. Bəs hansı qidalar uşaqların boyunun artmasına yardımçı olur?

Axşam.az xəbər verir ki, boy artımı uşaqların inkişafında mühüm rol oynayır. Genetik meyl, hormonal səbəblər, xroniki xəstəliklər və qidalanma boyun qısa olmasına səbəb ola bilər. Başqa sözlə, pəhriz uşağın inkişaf prosesini birbaşa təsir edən vacib amillərdəndir.

D vitamini sümüklərin inkişafında vacib yerə sahibdir. Qidalar arasında daha çox yumurta sarısı, qaraciyər və balıqda olan bu vitamininin əsas mənbəyi günəş işığıdır. Günəş şüalarının qəbul edilməsi uşaqların sümüklərinin inkişafında mühüm rol oynayır.

A, B1 , B2, C, F vitaminləri də boy artımına olduqca müsbət təsir göstərir. Bu vitaminlər daha çox meyvə və tərəvəzlərdə olur. Liflər, zülal, natrium, kaliumla zəngin olan bu qidalar uşaqların sağlam inkişafına yardımçı olur.

A vitamini toxumaların və sümüklərin böyüməsinə kömək edir. Qovun, qreypfrut, manqo, qarpız və ərikdə A vitamini daha çoxdur. Tərəvəzlər arasında isə yerkökü, noxud, balqabaq, brokoli, ispanaq, pomidor və kartofda bol miqdarda var.

Qurudulmuş meyvələr də yaxşı kalsium mənbəyidir. Tərkibində zülal, kalsium olan pendir və qatıq da boy artımında xüsusi yer tutur.

Kələm, nanə, qurudulmuş yemiş, kərə yağı, bəkməz, keçibuynuzu, balıq, yumurta tərkibindəki vitaminlərlə uşaqların həm boy artımında, həm də sağlam inkişafında əvəzolunmaz qidalardır.