Bu çayla arıqlayın

Bu çayla arıqlayın
1519 dəfə oxunub
  • A-
  • A
  • A+

Aclıq hiss edirsiniz? Bağırsaq problemi, qəbizlik yaşayırsınız? Arıqlamaq və qarın yağlarından qurtulmaq istəyirsiniz? Ballı və südlü zəncəfil çayı bütün bu problemləri həll edəcək.

Axşam.az xəbər verir ki, stressli olduğunuz zaman böyrəküstü vəzlər kortizol adlı bir hormon ifraz edir ki, bu da bədənin enerji tarazlığını mənfi təsir göstərir. Eyni zamanda bu bədəndə lazımsız suyun yığılmasına (ödem) və bədənin bundan istifadə etdikdən sonra həddindən artıq su tələbatına səbəb olur.

Hər səhər ballı və südlü zəncəfil çayı içdikdə bağırsağın hərəkət funksiyası güclənir. Bu da qəbizlik problemindən qurtulmağa yardımçı olur.

Bu çay həm də insanı depressiya və stressdən qoruyur. Həzm sistemini fəaliyyətini dəstəkləməklə aclıq hissi yaradır ki, bu da artıq yağlardan qurtulmağa kömək edəcək.

Tərkibi

1-2 incə dilimlənmiş təzə zəncəfil və ya yarım çay qaşığı üyüdülmüş zəncəfil, 1 çay qaşığı bal, 1 stəkan qaynadılmış su.

Hazırlanma qaydası

Təzə zəncəfil istifadə edirsinizsə, qabığını soyun və 2 incə dilim kəsin. Toz zəncəfildirsə, yarım çay qaşığı toz zəncəfili dəmləmək üçün qaba qoyun. Ağzını örtün ki, qaynayan zaman aroması yox olmasın. 10 dəqiqə qaynatdıqdan sonra 5 dəqiqə dəm alması üçün gözləyin. Çay fincanının 1/3 hissəsi dolacaq şəkildə stəkana süzün. İçinə 1 çay qaşığı bal və süd əlavə edin. Südün dadını sevməyənlər içərisinə süd yerinə bir az limon suyu qoya bilər. Ancaq südün olması həm ac qalmağınızın qarşısını alacaq, həm də həzmə yardımçı olacaq.