“Bu klip şəxsi həyatımı əks etdirir” - Emin

“Bu klip şəxsi həyatımı əks etdirir” - Emin
4019 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarov "Таял" adlı yeni klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnının musiqisi və sözləri Konstantin Nonikova məxsusdur.

"Bu ayrılıq mahnısıdır. Toyu və tamamilə uğursuzluğun simvoluna çevrilən cırılmış ağ paltar haqqında yazılıb. İtirilmiş xoşbəxtliklə əlaqəlidir. "Таял" klipinin süjeti şəxsi həyatımı əks etdirir də deyə bilərik. Seçdiyim mahnıların çoxu yaşadığım vəziyyətlə əlaqəlidir. Əlbəttə ki, bu duyğularımla sinxronizə olanda musiqini dinləyicilərə çatdırmanı asanlaşdırır” deyə, Emin klip haqqında olan düşüncələrini bölüşüb.