Zülfiyyə Xanbabayevanın “Sonuncu oyun”u - Video

Zülfiyyə Xanbabayevanın “Sonuncu oyun”u - Video
1600 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Zülfiyyə Xanbabayeva "Sonuncu oyun" mahnısını və ona çəkdirdiyi klip təqdim edib.

Axşam.az xəbər verir ki, bəstənin musiqisi Ramin Əli, sözləri Miroya məxsusdur. Ekran işinin rejissorluğu Delee Orucluya həvalə edilib.

Z.Xanbabayeva bildirib ki, mahnı təklifi Ramindən gəlib:

“Hər zaman keyfiyyətin tərəfdarıyam. Həm səs, həm də video baxımından hər mənada aktual görünəcək bir işi təqdim etmək istədik. Çox çalışdıq, amma qiyməti əlbəttə ki, tamaşaçı verəcək”.