"Zəfər yolu" festivala gedir

"Zəfər yolu" festivala gedir
290 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc Tamaşaçılar Teatrı festivala hazırlaşır.

Axşam.az xəbər verir ki, 44 günlük Zəfər tariximizi əks etdirən festival “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) adlanır. Teatr festivalda "Zəfər yolu" adlı yeni tamaşa ilə çıxış edəcək.

Əsas rollarda Əməkdar artist Gülər Nəbiyeva, aktyor Anar Seyfullayev və başqalarının iştirak edəcəyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədovdur.

Tamaşada hadisələr döyüş meydanında cərəyan etmir. 44 günlük müharibə ölkəmizdə və dünyanın hər yerində yaşayan Azərbaycanlıların beynində, ürəklərində, yaşantılarında baş verən hadisələrə münasibətdə göstərilir. Tamaşada ön cəbhədə gedən gərgin döyüşlər qələbəyə hər gün bir addım daha yaxınlaşdıqca arxa cəbhədə qürurla izləndiyi göstəriləcək.