Tağıyevin heykəli yaxın günlərdə açılacaq

Tağıyevin heykəli yaxın günlərdə açılacaq
374 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı ilə bağlı işlər davam etdirilir".

Axşam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

İcra başçısı bildirib ki, Heydər Əliyev Fondu tərəfindən ucaldılacaq heykəlin açılışı üçün hazırda heykəltəraş və mütəxəssislər hazırlıq işləri görür: “Bununla bağlı proses gedir. Ola bilər ki, yaxın günlərdə heykəlin açılışı olsun. İşlərin gedişi mütəxəssislərin fəaliyyətindən asılı olacaq".