Nail Naiboğlu daha bir şəhidimizə klip həsr etdi

Nail Naiboğlu daha bir şəhidimizə klip həsr etdi
1053 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Nail Naiboğlu şəhidlərimizə həsr etdiyi növbəti layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, baş gizir Nahid Mikayılovun əziz xatirəsinə ithaf olunan mahnını Şəbnəm Tovuzlu ifa edib. Mahnının sözləri Musa Vahidə, musiqisi Nadir Əzimova aiddir.

Klipin çəkilişləri Nahid Mikayılovun doğulduğu Kürdəmirdə baş tutub. Ekran işində şəhidin həyat yoldaşı Jalə xanım və 3 azyaşlı övladı da çəkilib.

Qeyd edək ki, Nahid Mikayılov 2020-ci ilin noyabrın 1-də Ağdam istiqamətində şəhid olub. Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Nahid Mikayılov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.