"Soyuq əllər, isti ürək" qayıdır

"Soyuq əllər, isti ürək" qayıdır
516 dəfə oxunub
  • A-
  • A
  • A+

"Nargis" Fondun təşkilatçılığı və dəstəyi ilə Yeni il ərəfəsində keçirilən "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası yenidən planlaşdırılıb.

Axşam.az xəbər verir ki, bu haqda fondun sosial şəbəkə hesablarında məlumat yayımlanıb. Bildirilib ki, dekabrda Fəvvarələr meydanında tədbir təşkil ediləcək.

"Əziz dostlar, qarşılayın, əfsanəvi qış nağılı paytaxtımızın mərkəzinə geri qayıdır! Hər il olduğu kimi, builki yarmarkamız dekabr-yanvar ayları aralığında Fəvvarələr meydanında baş tutacaq" deyə, paylaşımda qeyd edilib.

Qeyd edək ki, "Soyuq əllər, isti ürək" sonuncu dəfə 2019-cu ilin sonu - 2020-ci ilin əvvələrində keçirilmişdi. Ötən il tədbirin baş tutmamasına səbəb pandemiya olub.