Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda
195 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 23-dən 30-dək İstanbulda 9-cu Boğaziçi Beynəlxalq Film Festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, gənc prodüserlərə və rejissorlara yeni filmlər çəkmək üçün maddi və mənəvi dəstək yaratmaq məqsədi daşıyan festivalda Azərbaycan kinosu da təmsil olunacaq.

“Beynəlxalq qısametrajlı bədii film” bölməsində Teymur Hacıyevin “Axşama doğru” filmi mükafat uğrunda yarışacaq. Bu bölmədə Fransa, Çin, ABŞ, Rumıniya və digər ölkələrdən 9 film yer alıb.

“Beynəlxalq qısametrajlı sənədli film” bölməsində isə Fariz Əhmədovun “Sonuncu” filmi mübarizəyə qoşulub. “Sonuncu” filmi də öz kateqoriyasında müxtəlif ölkələrdən 9 filmə qarşı yarışacaq.

Qeyd edək ki, festivalın “beynəlxalq bədii film” kateqoriyasının münsiflər heyətində azərbaycanlı rejissor Hilal Baydarov da var.