Canəli Əkbərov komaya düşdü

Canəli Əkbərov komaya düşdü
1372 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb".

Axşam.az xəbər verir ki, bunu "Report"a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.