Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov xeyriyyə işi ilə məşğul olanların ünvanına deyib. O, xeyriyyəçilik adıyla sosial şəbəkədə pul yığanları tənqid edib:
"Xeyriyyəçi olmaq istəyirsən, get işlə əziyyətlə 5 manat da artıq qazan. O sənə artıqlıq edən 5 manatı da ver ehtiyacı olan birinə. Hərçənd, o ehtiyacı olmaq məsələsinə də vaxt edib toxunacam. Hərə öz ətrafında ehtiyacı olanın dadına çatsa, heç bu xeyriyyəçiləri rayon-rayon qaçırtmağa ehtiyac da qalmaz. Olacam yenə pis adam. Olum da. Onsuz da kim nə istəyir, onu fikirləşir".