"Leyli və Məcnun"la bağlı bir ilk ediləcək

"Leyli və Məcnun"la bağlı bir ilk ediləcək
491 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq.

Axşam.az xəbər verir ki, təqdimat dekabrın 17-də Heydər Əliyev Sarayında keçiriləcək. Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Sarayı və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

“Nizami Gəncəvi ili” çərçivəsində keçirilən dastan–tamaşanın ssenari müəllifləri Əməkdar elm xadimi Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

Tamaşada aşıq Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhlivan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov rol alacaqlar.