"Ağakərimə iynələr vururlar ki, bağı 150 minə satdıqlarından xəbəri olmasın"

"Ağakərimə iynələr vururlar ki, bağı 150 minə satdıqlarından xəbəri olmasın"
2939 dəfə oxunub
  • A-
  • A
  • A+

Şair Nazilə Səfərli ilə yataq xəstəsi olan meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov arasında qalmaqal yaşanıb. Belə ki, meyxanaçını ziyarətə gedən Naziləni ailə evə buraxmayıb. Kamil daha sonra açıqlamasında onun özünü bu üsulla reklam etdiyini deyib.

Axşam.az xəbər verir ki, bu sözlər Naziləni özündən çıxarıb. Şair K.Novruzovun ünvanına sərt ittihamlar səsləndirib. O bildirib ki, oğlu meyxanaçının mülklərinə sahib olmaq üçün ona iynələr vurub, yataq xəstəsi edib:

"Deyir ki, Nazilə atamdan reytinq tutur. Ay qapı açmağa cürəti çatmayan oğul, dədənin reytinq verdiyini bilirdinsə, özün niyə 3 ildə bir dəfə istifadə etmirdin? Reytinq verən mənəm, ay atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul. Psixotrop iynələri yazığın canına doldurursunuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?".