"Döngə" Antaliyada - Fotolar

"Döngə" Antaliyada - Fotolar
386 dəfə oxunub
  • A-
  • A
  • A+

Rok qrupu "Döngə" Türkiyədə konsert verib.

Axşam.az xəbər verir ki, musiqiçilərin konserti Antalya şəhərində baş tutub. Qrup üzvləri həm öz bəstələdikləri mahnıları, həm də köhnə rok musiqilərini tamaşaçılara təqdim ediblər. Konsert yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Qrupun solistləri Fərid Məmmədov və Nərmin Behbudova qardaş ölkədə çıxış etməkdən məmnun olduqlarını və yerli tamaşaçıların Azərbaycan qədər yaxın olan qonaqları çox səmimi qarşıladığını bildiriblər.

"Ümid edirik ki, bu, Türkiyədəki son konsertimiz olmayacaq və hər iki ölkədəki pərəstişkarlarımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik" deyə, onlar əlavə ediblər.

Onlar həmçinin yaxın zamanda yeni layihə təqdim etməyi planlaşdırdıqlarını da bildiriblər.