Axşam.az xəbər verir ki, müğənni iki fərqli geyimdə obyektiv qarşısına keçib.
Samirə qısa gümüşü libası və ağ koftası ilə çəkdirdiyi şəkilləri instaqram izləyiciləri ilə bölüşüb.
"Yeni ilin yaxınlaşdığını hiss edirsiniz? Əvvəlki illərdə olduğu kimi, mən bu Yeni ili də ailəmlə keçirməyi, haradasa qarla örtülü dağlarda, xizək sürməkdən sonra nahar yeməyi hazırlamaq və masa arxasında oturub, bayramla bağlı müzakirələr etməyi arzu edirəm" deyə, ifaçı bayram arzularını bölüşüb.
Qeyd edək ki, şəkilləri fotoqraf Kamran Ağayev "Özəl akustik" proqramı üçün lentə alıb.