"Acıların qadını" kimi tanınan müğənni Bergenin həyatından bəhs edən filmin çəkilişləri dayandırılıb.
Axşam.az xəbər verir ki, ekran işində mərhum ifaçını 30 yaşında olarkən öldürən əri Halis Serbesi canlandıran aktyor Erdal Beşikçioğlu koronavirusa yoluxub.
Bir neçə gün əvvəl ilk tanıtımı edilən "Bergen" filmin nə zaman yayımlanacağı açıqlanmayıb.
Qeyd edək ki, filmdə Bergenə aktrisa Farah Zeynep Abdullah həyat verir.