"Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının motivləri əsasında film çəkilir".
Axşam.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, film hazırda istehsalat mərhələsindədir və gələn il təqdimatı planlaşdırılır.