10 ildir birlikdə olduğu xanımla evləndi - Fotolar

10 ildir birlikdə olduğu xanımla evləndi - Fotolar
5839 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin "Manqa" qrupunun solisti Ferman Akgül 10 ildir birlikdə olduğu və iki övladının anası Bettina Kupermanla evlənib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında nikahdan olan fotoları paylaşaraq məlumat yayıb. O, nikahın dekabrın 26-da baş tutduğunu qeyd edib. Ferman evliliyə niyə bu qədər gec qərar verdiyini də açıqlayıb:

"Uşaqlı və evli. On ildir ki, iki ölkə arasında sənəd fərqi səbəbindən "orda olsun, ya burada, yayda, yoxsa qışda, yox, uşaq dünyaya gəlir gözləyək" deyə-deyə 10 il keçib. Bir sözlə evləndik. Bettina Kuperman Akgül, səni sevirəm. Artıq rəsmi olaraq sivaslı və ankaralısan. 26.12.2021...".