11 milyona aldıqları villanı 18 aydan sonra satırlar - Fotolar

11 milyona aldıqları villanı 18 aydan sonra satırlar - Fotolar
1262 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl yeni aldıqları Santa Barbara malikanələrini satışa çıxarıblar.

Axşam.az xəbər verir ki, cütlük cəmi 18 aydır yaşadıqları əmlakdan razı qalmadıqları üçün bu addımı atıb.

Villada 9 yataq, 16 vanna otağı, şərab anbarı, nəhəng uşaq meydançası, idman zalı, hovuz, tennis kortu, sauna, çay evi və kitabxana var.

Cütlüyün 11 milyon sterlinqə aldığı evin satış qiyməti hələlik məlum deyil.