2022-ci ildə kişilər arasında keçirilən "Kainat gözəli" yarışmasının qalibi mübahisələrə səbəb olub.
Axşam.az xəbər verir ki, İraqda baş tutan müsabiqədə birinci yerə Darya Kamil adlı şəxs layiq görülüb. Onun fotosu sosial şəbəkələrdə qısa müddət ərzində yayılıb və izləyicilərin böyük bir qismi bu seçimi lağa qoyub.
"Kainatın bundan xəbəri var?", "Kainatın balansı pozuldu", "Müsabiqəyə yalnız o qatılıb deyəsən", "Bu hansı kainatdır?", "Kainat qan ağlayır", "Kainat: Nəfəs alsın, bəsimdir", "Biri mənə aprelin 1-i olduğunu desin", "Deyəsən qaranlıqda seçiblər", "Bəlkə daxili gözəlliyə baxıb seçiblər" kimi şərhlər tənqidlərdən yalnız bir neçəsidir.
Qeyd edək ki, D.Kamil idmançıdır və bu sahədə həkim kimi fəaliyyət göstərir.