Zakir Sultanova hökm oxundu

Zakir Sultanova hökm oxundu
1404 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axşam.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Sultanov 11 il müddətə azadlıqdan məhrum edilib.

Rəsmi ittihama görə, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə təqsirli bilinir.

Qeyd edək ki, sabiq rəis məhkəmə istintaqı dövründə dövlətə vurduğu 5,3 milyon manat zərəri ödəyib. Belə ki, məbləğin 4 milyon manatı Zakir Sultanovun qardaşı tərəfindən DTX-nin depozitinə ödənilib. Qalan məbləğin əvəzində isə sabiq rəisin evindən çıxan, bank hesabında olan pullar, ona məxsus qızıl sikkələr, təsbəh, saat bilərzik və s. kimi əşyalar müsadirə edilib.