"ABŞ gözəli" özünü 29-cu mərtəbədən atıb - Video+Fotolar

"ABŞ gözəli" özünü 29-cu mərtəbədən atıb - Video+Fotolar
1789 dəfə oxunub
  • A-
  • A
  • A+

2019-cu ildə ABŞ gözəli seçilən Çesli Krist intihar edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, Nyu-Yorkdakı yaşadığı binanın 29-cu mərtəbəsindən özünü ataraq həyatına son qoyub.

Çesli intihardan öncə instaqram hesabında "Qoy, bu gün sizə rahatlıq və sülh gətirsin" sözlərini yazıb.

Nyu-York Polis Departamentindən verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.

Qeyd edək ki, hüquq fakültəsini bitirən Çesli müsabiqədən sonra “Extra”da müxbir kimi çalışıb.