Yuri Şatunov 48 yaşında vəfat etdi

Yuri Şatunov 48 yaşında vəfat etdi
1702 dəfə oxunub
  • A-
  • A
  • A+

"Laskovıy may" qrupunun solisti, məşhur rusiyalı müğənni Yuri Şatunov 48 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub. Halı pisləşən ifaçı təcili yardım çağırıb.

Xəstəxanaya aparılan Yuri təcili yardım maşınında keçinib. Həkimlər kəskin miokard infarktı diaqnozu qoyublar.

Qeyd edək ki, Şatunov 1986-cı ildə yaradılan qrupda çalışıb və məşhur olub. O, 1991-ci ildə qrupdan ayrılaraq Almaniyaya köçüb. Solo karyeraya başlayan Şatunov bir neçə albom çıxarıb və tez-tez Rusiyada konsertlər verib. Ailəli olan ifaçının bir qız, bir oğlan övladı var.