"Zorakılığı din deyil, cəmiyyət yaradır" - Rus model

"Zorakılığı din deyil, cəmiyyət yaradır" - Rus model
838 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçən il islamı qəbul edən rusiyalı model Anastasiya Reşetovanın instaqram hesabında məişət zorakılığı ilə bağlı paylaşımı maraq doğurub.

Axşam.az xəbər verir ki, model din adı ilə qadınlara zorakılığın tətbiq edilməsini qınayıb:

"Özümü məişət zorakılığının səfiri elan etmirəm, sadəcə olaraq bu məsələnin müzakirə olunmasını istəyirəm. Sosial şəbəkələrdə döyülən qadının videosu yenidən gündəmə gələndə müzakirə olunmasını deyil. Biz bunları ictimailəşdirməliyik. Cəmiyyət və media hökuməti Özbəkistanda baş verənlərə diqqət yetirməyə məcbur edib. Bu, artıq böyük bir addımdır! Çoxları hesab edir ki, hökumət heç nəyi dəyişməyəcək, çünki problem dinin onun tərkib hissəsi olduğu mentalitet və mədəniyyətdədir".

O, vurğulayıb ki, din və inanc qadınlara qarşı zorakılığı təşviq edə bilməz:

"Zəhmət olmasa, mənə izah edin ki, qadınlara hörmət edən bir dində onlara qarşı zorakılıq necə ola bilər? Bu dinin problemi deyil, bu cəmiyyətin problemidir. Məişət zorakılığını din deyil, cəmiyyət yaradır. Qadınlara qarşı cinayətlər coğrafi və mədəni sərhədləri aşır".

Anastasiyanın bu paylaşımına səbəb bir müddət əvvəl Özbəkistanda toyda gəlinlə bəy arasında keçirilən yarışda xanımın qalib gəlməsi, kişinin isə buna görə onu vurması olub. Video qısa müddət ərzində yayılaraq hər kəs tərəfindən qınanılıb. Sonradan məlum olub ki, kişi həyat yoldaşından və ailəsindən üzr istəyib, yeni evlənənlər barışıb, zərərçəkmiş ərizəsini geri götürdüyündən xuliqanlıq faktı ilə bağlı açılmış inzibati iş bağlanıb. Vəziyyəti pisləyənlər arasında Özbəkistan prezidentinin qızı da olub.