Məşhur amerikalı müğənni Beyonsun "Renaissance" albomu ilə bağlı qalmaqalları bitmək bilmir.
Axşam.az xəbər verir ki, rəsmi buraxılışdan bir neçə saat əvvəl adı açıqlanmayan şəxs tərəfindən alboma daxil olan mahnılar internetdə dərc olunub. Rəsmi yayımdan dərhal sonra isə ifaçı plagiatlıqda ittiham edilib.
Beyonsun həmkarı Kelis onun "Enerji" mahnısında "Milkshake"in musiqisindən istifadə etdiyini açıqlayıb. İfaçı müəlliflərin və Beyonsun bu hərəkətini "oğurluq" adlandırıb. Çünki mahnıda prodüser, bəstəkar və ya trek üçün nümunə müəllifi kimi göstərilməyib.
Bundan sonra mahnının məlumat hissəsində həmin qeydlər yer alıb.
Qeyd edək ki, müğənninin bundan əvvəlki albomu “Lemonade” 2016-cı ildə işıq üzü görmüşdü.